ZX-ASatış və biznes idarəetməsi
VAHİD PLATFORMA · 15 FƏALİYYƏT SAHƏSİ

Satış proseslərini vahid sistemdə idarə edin.

Əməkdaşları, müştəri ziyarətlərini, məhsul kataloqunu, tapşırıqları və nəticə hesabatlarını bir araya gətirin — biznesinizin sahəsinə uyğun ad və terminologiya ilə.

ZX-A · Fəaliyyət sahələri

Biznesinizin sahəsinə uyğun görünüş

Qeydiyyatda bir fəaliyyət sahəsi seçilir. ZX-A görünən brendi, ikonu və terminləri uyğunlaşdırır; əsas funksiyalar isə bütün bizneslər üçün eynidir.

ZX-A · İmkanlar

Satış fəaliyyətinə daha aydın nəzarət

Pərakəndə məlumatlar və təkrarlanan hesabatlar əvəzinə bir sistemdə fəaliyyət və nəticələri izləyin.

01

Qruplar və tabelik

Team Leader təyin edin, menecerləri qruplar arasında köçürün və əvvəlki tarixçəni qoruyun.

02

Ziyarətlər və tapşırıqlar

Ziyarətləri qeydə alın, ümumi və məhsula dair tapşırıqlar verin, icranı izləyin.

03

Məhsul kataloqu

Məhsulları əl ilə və ya Excel vasitəsilə kütləvi əlavə edib yeniləyin.

04

Hesabatlar və hədəflər

Qruplar, məhsullar və dövrlər üzrə planları, nəticələri və müqayisələri izləyin.

Əməkdaş üçün sadə. Rəhbərlik üçün şəffaf.

  1. 1Biznes bir fəaliyyət sahəsi və dil seçir.
  2. 2Qeydiyyatı ZX-A Super Admin təsdiqləyir.
  3. 3Müdir qrupları, menecerləri və məhsulları əlavə edir.
  4. 4Gündəlik iş üçün veb panel və Telegram botları istifadə edilir.